Yüksək rütbəli çeçen məmurun həbsi: 6 nəfər maşından çıxarmaqda çətinlik çəkdi - VİDEO

Yüksək rütbəli çeçen məmurun həbsi: 6 nəfər maşından çıxarmaqda çətinlik çəkdi - VİDEO backend

Çeçenistandan olan yüksək rütbəli məmurun Dağıstanda saxlanma anını əks etdirən görüntülər yayımlanıb.

Qaziler.az xəbər verir ki, video "Şti tam u daqestançev?” teleqram kanalında paylaşılıb.

Görüntülərdə asayiş keşikçiləri qara geyimli şəxsi GMC markalı avtomobildən zorla çıxarırlar.

Videodan da məlum olur ki, saxlanılan şəxs müqavimət göstərib və könüllü olaraq polisin tələblərinə tabe olmaqdan imtina edib. Nəticədə təhlükəsizlik qüvvələri həmin şəxsi maşından çıxarmağa məcbur olub. Daha sonra onu üzü üstə asfalta uzadıblar.

QAZİLER.AZ

Diaspora