Xarici hostinq provayderləri Roskomnadzordan onların resurslarının Rusiyada bloklandığı barədə məktublar alıblar.
Qaziler.az bu barədə TASS-a istinadla yazır.
Roskomnadzor icra tədbiri haqqında məlumatı bu şirkətlərə elektron poçt vasitəsilə göndərib. Bundan əlavə, xarici hostinq provayderlərinə öz vəzifələrini yerinə yetirmək niyyətləri barədə departamentə məlumat verilməsi xahişi ilə məktublar da göndərilib. Şirkətlərdən heç bir cavab verilməyib”, - məlumatda qeyd edilib.
Departament vurğulayıb ki, bu cür tədbirlər şirkətlər pozuntuları aradan qaldırana qədər qüvvədə qalacaq.
QAZİLER.AZ