Amerika Çini opioid epidemiyasında iştirakda ittiham edib

Amerika Çini opioid epidemiyasında iştirakda  ittiham edib backend

ABŞ Konqresi Çini ölkədəki opioid epidemiyasında birbaşa iştirakda ittiham edib.

Qaziler.az xəbər verir ki, bu haqda ABŞ Parlamentinin üzvləri “Fentanil böhranında Çin Kommunist Partiyasının (ÇKP) rolu” adlı hesabatda bildiriblər.

Sənəddə qeyd edilir ki, Çin “vergi güzəştləri vasitəsilə qeyri-qanuni fentanil və digər sintetik narkotiklərin istehsalını və ixracını birbaşa subsidiya edir”.

Bundan əlavə, konqresmenlər partiyanı fentanil və onun istehsalı üçün lazım olan prekursorları satdığı iddia edilən Çin şirkətlərinə kömək etməkdə, həmçinin dərman istehsalçılarına “tam və ya qismən dəstək verməkdə” ittiham ediblər. Qanunvericilərin fikrincə, qadağan olunmuş maddələrin çox aşağı qiymətlərlə satışı onların “Çindən Meksikaya qeyri-məhdud və sonsuz tədarükü”nə gətirib çıxarıb və ABŞ-yə də daxil olublar.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Çin prezidenti Si Cinpinq Amerika prezidenti Co Baydenlə danışıqlar zamanı ABŞ-də Çin narkotikləri ilə mübarizədə Vaşinqtona kömək etməyə razılaşıb. Ağ Evin rəhbəri bu razılaşmanın “həyatları xilas edəcəyini” vurğulayıb və bu istiqamətdə əməkdaşlıq etmək istəyinə görə Çin liderinə minnətdarlığını bildirib.

QAZİLER.AZ

Diaspora