Çeçen Sülhməramlı Batalyonunun komandiri, İçkeriya Respublikasının ilk prezidenti Coxar Dudayevin oğlu Timerxan Munaev terrorçu və ekstremistlər siyahısına əlavə edilib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın rosfinmonitorinq saytı məlumat yayıb.
Qroznıdan olan şəxsin Donbassda Rusiya Federasiyasına qarşı döyüşlərdə iştirak etdiyi və 2019-cu ildə Ukrayna vətəndaşlığını aldığı qeyd edilib.
Terrorçuların və ekstremistlərin siyahısı daxildir: Munaev Timerxan İsaeviç, 18 may 1994-cü il təvəllüdlü, Qroznı, Çeçenistan Respublikası”, - məlumatda deyilir.
QAZİLER.AZ