İndoneziyanın şimalında Ruanq vulkanının vulkan püskürməsi ilə əlaqədar bölgələrdə 828 nəfərin təxliyəsi qərara alınıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İndoneziyanın şimalındakı Ruanq vulkanında püskürmə baş verib.
İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-na qədər “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.
Muhari həmçinin bildirib ki, partlayışdan sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.
Vulkanın xəbərdarlıq səviyyəsinin 3-ə yüksəldildiyi barədə məlumatı paylaşan Muhari sakinlərə və turistlərə diqqətli olmalarını və vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.
QAZİLER.AZ