ABŞ Silahlı Qüvvələrinin komandalığı hərbi texnikanın opertaiv çatdırılması məsələsində maliyyə problemi ilə üzləşib.
APA TV-nin "The New York Times"a istinadən məlumatına görə, çatdırılmanı sərfəli şəkildə həyat keçirmək üçün bir yol var - gəmi vasitəsi ilə. Amma bu bir neçə həftə əlavə vaxt deməkdir.Ən bahalı variant bu texnikaların təyyarə ilə çatdırılmasıdır. Buna görə isə Vaşinqtona Avropadakı müttəfiqlərinin yardımı lazımdır.
"Hazırda burada nə körpülərimiz, nə kifayət qədər nəqliyyatımız, nə də helikopterlərimiz var. Buna görə də biz lazımi işləri yerinə yetirə bilmirik", - deyə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general Ben Xocces bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ qitəyə "F-22" qırıcıları göndərib. Məqsəd Ukrayna hadisələri fonunda Avropadakı müttəfiqlərin təhlükəsizliyini təmin etmək olub.
O zaman "bu qırıcılar bizim məqsədlərimizin reallaşmasına dəstək verəcək" açıqlaması ilə çıxış edən ABŞ-ın hərbi hava qüvvələri naziri Debora Li Ceyms yeni çatdırılmanın vaxtını təyin etməmişdi.