İsrail Ukraynadan fərqli olaraq, ABŞ-ın çoxdankı hərbi müttəfiqidir. Buna görə də Vaşinqton İranın cavab hücumunu dəf etmək üçün tədbirlər görüb, lakin Rusiyaya qarşı Kiyevin tərəfində Ukraynadakı münaqişədə birbaşa iştirak etmək niyyətində deyil.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Metyu Miller deyib.
“Biz Rusiya ilə silahlı hərbi münaqişə vəziyyətində deyilik və məhz bu şərtlə Amerika təyyarələri Ukrayna səmasında olacaq və Rusiyanın hücumlarını dəf etməkdə iştirak edəcək. Və biz Rusiya ilə birbaşa silahlı münaqişəyə girmək fikrində deyilik. Birləşmiş Ştatların prezidenti bunu açıq şəkildə bildirdi”, - Miller bildirib.
QAZİLER.AZ