İsrail 4 İran raketinin ölkə ərazisinə düşdüyünü açıqladı

İsrail 4 İran raketinin ölkə ərazisinə düşdüyünü  açıqladı backend

İranın hücumu zamanı onun 4 ballistik raketi İsrail ərazisinə düşüb.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant deyib.

Eyni zamanda Qalant qeyd edib ki, İran raket hücumunda uğursuzluğa düçar olub və İsrailin qarşısında dura bilməyib.

"İranlılar 500-dən çox silahla bizə aqressiv şəkildə hücum etdilər, lakin bir dənə də olsun İHA və ya qanadlı raket İsrailə çatmadı və atılan 100 ballistik raketdən dördü İsrailə düşdü" deyən Qalant bunun beynəlxalq tərəfdaşlarla aparılan hazırlıqların nəticəsi olduğunu qeyd edib.

Qeyd edək ki, aprelin 1-də Suriyanın Dəməşq şəhərində İran konsulluğuna hücumdan sonra aprelin 14-nə keçən gecə İran İsrailə hücum edib. Beş saatlıq bombardman zamanı İslam Respublikası İsrailə doğru 185 pilotsuz uçuş aparatı, 30 qanadlı raket və 120 ballistik raket atıb.

QAZİLER.AZ

Diaspora