Birləşmiş Ştatlar London Ali Məhkəməsinə Culian Assanjın Amerika ərazisinə ekstradisiyası ilə bağlı tələb edilən təminatları verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Assanjın həyat yoldaşının nümayəndəsinə istinadən məlumat yayıb.
“Birləşmiş Ştatlar "WikiLeaks"in qurucusu Culian Assanjın Böyük Britaniyadan ekstradisiyasına yol açmaq üçün London Ali Məhkəməsinin tələb etdiyi təminatları təqdim edib”, - deyə agentlik bildirib.
Söhbət Assanjın söz azadlığından istifadə etmək, məhkəmədə hüquqlarının pozulmaması imkanından gedir. Bundan başqa, ABŞ məhkəməsi onu təqsirli hesab edərsə, Assanjın ölüm cəzası ilə üzləşməyəcəyi qeyd olunub.
QAZİLER.AZ