Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin keçmiş birinci müavini Oleq Qladkovski Ukraynada axtarışa verilib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Antikorrupsiya Bürosunun mətbuat xidməti məlumat yayıb. Məmur Ukrayna Silahlı Qüvvələri üçün avtomobillərin alınması zamanı sui-istifadə hallarında şübhəli bilinir.
“O, sabiq müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin departament direktoru ilə birlikdə dövlət müdafiə sifarişi çərçivəsində qeyri-qanuni bahalaşdırılmış qiymətə yolsuzluq avtomobillərinin alınmasını təşkil etməkdə ittiham olunur”, - məlumatda qeyd edilib.
QAZİLER.AZ