Putin ilk dəfə Alla Puqaçovanı təbrik etmədi

Putin ilk dəfə Alla Puqaçovanı təbrik etmədi backend

Rusiyalı teatr və kino aktrisası Yana Poplavskaya qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ilk dəfə SSRİ xalq artisti Alla Puqaçovanı yubileyi münasibətilə təbrik etməyib.

Qaziler.az bildirir ki, bu barədə o, teleqram kanalında yazıb. O qeyd edib ki, dövlət başçısı ilk dəfə hələ 2000-ci ildə, prezident səlahiyyətlərini icra edən zaman Divaya təbriklə müraciət edib.

“Vladimir Putin ilk dəfə Puqaçovanı yubileyi münasibətilə təbrik etməyib. O, bundan əvvəl müğənnini bütün yubileyləri münasibətilə təbrik ünvanlayıb. Putin ilk dəfə 2000-ci ildə prezident səlahiyyətlərini icra edərkən, Puqaçovanı ad günü münasibətilə təbrik edib. O zaman müğənninin 51 yaşı tamam olurdu. Mənə həmişə elə gəlirdi ki, qocaldıqca ləyaqət olmalıdır. Burada isə...”, - deyə Poplavskaya şərh edib.

QAZİLER.AZ

Diaspora