“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov ölkənin Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında məlumat verib.
O,qeyd edib ki, zabit əvvəllər Rusiya Silahlı Qüvvələrinin İkinci Ordu Korpusunun komandir müavini vəzifəsini icra edib. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
“Rusiya Federasiyası Prezidentinin fərmanı ilə əziz qardaş, Axmat xüsusi təyinatlı qüvvələrinin komandiri general-mayor Aptı Alaudinov Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilib”, - Kadırov yazıb.
QAZİLER.AZ