BƏƏ-də güclü yağış: Uçuşlar ləğv edildi

BƏƏ-də güclü yağış: Uçuşlar ləğv edildi backend

Birləşmiş Ərəb Əmirliklərində  güclü yağışlar səbəbindən bəzi reyslər təxirə salınıb.

Qaziler.az  bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi agentliyi olan WAM-da yer alan xəbərə görə, leysan yağışlar paytaxt Abu Dabi və Dubay şəhərləri başda olmaqla müxtəlif bölgələrdə həyata mənfi təsir edib.

Yağış səbəbindən daşqınlar baş verərkən, küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb.

BƏƏ-nin hava yolu şirkətlərindən biri olan "Fly Dubai" əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edərkən, bir çox reyslər də təxirə salınıb.

Digər tərəfdən, BƏƏ Futbol Federasiyası bu gün keçiriləcək bütün yerli futbol matçlarının təxirə salındığını və matçların yeni tarixinin daha sonra müəyyən ediləcəyini açıqlayıb.

Bildirilib ki, ölkədə polis və yerli administrasiyalar hazırlıq vəziyyətindədir və yağışların çərşənbə axşamı günorta saatlarına qədər davam edəcəyi. gözlənilir.

QAZİLER.AZ

Diaspora