Rusiya Ukraynadakı müharibədə iştirak edən daha bir gürcü döyüşçünü axtarışa verib

Rusiya Ukraynadakı müharibədə iştirak edən daha bir gürcü döyüşçünü axtarışa verib backend

Rusiya Ukraynada döyüşən daha bir gürcü döyüşçünü federal və beynəlxalq axtarışa verib və Moskvanın Basmannı məhkəməsi onu qiyabi həbsə məhkum edib.

Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Gürcüstanın ən gənc snayperi Giorgi Gelaşvili “mediadan istifadə etməklə, zorakılıq hədələri ilə düşmənçilik və nifrət yaratmaqda, habelə muzdlu fəaliyyətdə” ittiham olunur.

Bildirilir ki, gürcü snayperinin qiyabi həbs müddəti onun Rusiya ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya Federasiyasında saxlandığı andan hesablanacaq.

QAZİLER.AZ

Diaspora