Omana alma boyda dolu yağıb

Omana alma boyda dolu yağıb backend

Güclü fırtına nəticəsində Omanın bir neçə əyalətinə güclü dolu yağıb.

Qaziler.az bildirir ki, Əl-Ərəbiyyə aprelin 16-da xəbər verir ki, alma ölçüsündə dolu daşları onlarla vətəndaşı yaralayıb və infrastrukturu zədələyib.

Telekanal səhər saatlarında bu təbiət hadisəsinin şahidlərinin görüntülərini dərc edib. Videoda dolunun dayanacağı necə bürüdüyü və dayanmış avtomobilə ziyan vurduğu əks olunub. Bundan əlavə, təbii fəlakət mülki infrastruktura ciddi ziyan vurub və bir neçə rayonda elektrik enerjisi təchizatını dayandırıb. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Dolu Oman əyalətlərini bürümüş şiddətli daşqınlar fonunda başlayıb. Əl-Ərəbiyyə qeyd edir ki, Şimali Əl-Şərqiyyə əyalətində baş verən daşqınlar nəticəsində ən azı 17 nəfər, o cümlədən 9 məktəbli həlak olub.

Ölkə hökuməti həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və zərər çəkmiş rayonların sakinlərinin təxliyə edildiyini elan edib.

QAZİLER.AZ

Diaspora