Hakan Fidan BMT baş katibi ilə Kipri müzakirə edib

Hakan Fidan BMT baş katibi ilə Kipri müzakirə edib backend

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

Bundan əlavə, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də qiymətləndirilib.

Diaspora