Rusiya Federasiyasında 15,8 mindən çox evi su basıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Həmçinin, Rusiya Federasiyasının 33 regionunda 28 minə yaxın təsərrüfat sahəsi, 111 körpü və 84 yol qismən və ya tamamilə su altında qalıb.
Ən çətin vəziyyət Volqa və Ural federal dairələrində yaranıb.
Bundan əvvəl Kurqan hakimiyyəti Tobolda suyun səviyyəsinin artdığını bildirmişdi.
Qeyd edək ki, aprelin 4-də Orenburq vilayətində yaz daşqınlarının başlaması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib. Aprelin 5-də Orsk şəhərində bəndin sınması nəticəsində vəziyyət daha da pisləşib.
Orenburq vilayətində və bir sıra digər rayonlarda təhlükəli vəziyyətin yaranmasına səbəb Qazaxıstanda qarın əriməsi nəticəsində su anbarlarından su axınının 50 dəfə artması göstərilir.
QAZİLER.AZ