İsrail İrana birbaşa hücum edə bilər - Böyük Britaniya

İsrail İrana birbaşa hücum edə bilər - Böyük Britaniya backend

Böyük Britaniyanın Müdafiə Araşdırmaları İnstitutunun keçmiş direktoru və hərbi analitik Maykl Klark bildirib ki, İsrail Tehranın hücumuna cavab olaraq İrana birbaşa hücum edə və ya Suriya və İraqdakı maraqlarına zərbə vura bilər.

Qaziler.az bildirir ki, britaniyalı hərbi ekspertin sözlərini “Sky News” sitat gətirib.

Onun sözlərinə görə, İran ərazisinə hava hücumu "logistik problemlər" yarada bilər, çünki döyüş təyyarələrinin İordaniya və İraq üzərində uçuşuna icazə verilməyəcək. Eyni zamanda o qeyd edib ki, yəhudi dövlətinin raket hücumu ilə bağlı oxşar problemləri olmayacaq.

Klark həmçinin İsrailin İranın İraq və Suriyadakı əlavə qüvvələrinə zərər vurmağa cəhd edə biləcəyini də istisna etməyib. Ekspert bildirib ki, bu, “daha ​​mülayim cavab” hesab olunacaq.

QAZİLER.AZ

Diaspora