Tacikistan bu ölkənin vətəndaşlarına viza rejimi tətbiq edir

Tacikistan bu ölkənin vətəndaşlarına viza rejimi tətbiq edir backend

Tacikistan hakimiyyəti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək.

Qaziler.az bildirir ki, bu barədə “Xovar” agentliyi respublikanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Tacikistan belə bir addımı “qarşılıqlılıq prinsipini həyata keçirmək üçün” atıb.

“Türkiyə vətəndaşları Tacikistan Respublikasının xaricdəki səfirliklərində və konsulluqlarında Tacikistan Respublikasının vizasını ala bilərlər”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Türkiyənin Düşənbədəki səfirliyinin nümayəndələri bildiriblər ki, Tacikistan vətəndaşlarının Türkiyəyə səfəri üçün viza rejimi müvəqqəti tədbirdir.

QAZİLER.AZ

Diaspora