Ukrayna Latviya ilə təhlükəsizlik sazişi imzalayıb

Ukrayna Latviya ilə təhlükəsizlik sazişi imzalayıb backend

Ukrayna daha bir ölkə - Latviya ilə təhlükəsizlik müqaviləsi imzalayıb.

Qaziler.az xəbər verir ki, Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.

Zelenski “Ukrayna xalqına sarsılmaz dəstəyə və kömək etmək istəyinə görə” Latviya hökumətinə və xalqına təşəkkür edib.

Bundan əlavə, o xatırladıb ki, Ukrayna daha əvvəl səkkiz başqa ölkə ilə: Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Hollandiya və Finlandiya ilə oxşar sazişlər bağlayıb.

Zelenski bildirib ki, Ukrayna hakimiyyəti bu siyahını genişləndirmək üçün çalışacaq.

Mənbə: “Reuters”

QAZİLER.AZ

Diaspora