Əfqanıstana çörək almağa çıxan ruslar “Taliban” tərəfindən saxlanılıb

Əfqanıstana çörək almağa çıxan ruslar “Taliban” tərəfindən saxlanılıb backend

Axşam saatlarında Əfqanıstanda çörək almağa çıxan Rusiya vətəndaşlarının qarşısı “Taliban” tərəfindən pulemyotlarla dayandırılıb.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, Ulyanovskdan olan turist Aleksey Maraxovets teleqram kanalında bildirib ki, hadisə Qəzni şəhərində baş verib.

Kişi tur çərçivəsində digər səyahətçilərlə birlikdə mağazaya getdiyini söyləyib. Onun sözlərinə görə, yeganə işləyən mağazadan lazımi məhsulları alıb yenidən otelə yollanıblar. Onları oteldə “Taliban” patrulu saxlayıb. Ruslar telefonda pasportlarını göstəriblər və daha sonra onları başqa silahlı dəstə gözləyib. Kişinin dediyinə görə, söhbət zamanı hər şey nəzakətlə və təbəssümlə keçib.

Məlum olub ki, gecə vaxtı oteli tərk etmək təhlükəsizlik baxımından qadağan edilib. Səyahətçi bu cür diqqətdən məmnun olduqlarını və onların təhlükəsizliyinə diqqət yetirildiyini qeyd edib.

QAZİLER.AZ

Diaspora