"Pasxa bayramında Rusiya ilə Ukrayna barışa bilər..."

"Pasxa bayramında Rusiya ilə Ukrayna barışa bilər..." backend

“Rusiyanın Pasxa bayramı zamanı Ukrayna ilə barışıq bağlamaq imkanı var”.

Qaziler.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa deyib. O bildirib ki, kiminsə öz qüvvələrini yenidən qruplaşdırmaq üçün atəşkəs razılaşmasından yararlana bilməsi ehtimalı var.

“Bizdə qeyri-mümkün heç nə yoxdur və bəlkə də bunu elan edəcəklər. Hesab edirəm ki, bütün razılaşmalar həyata keçirilsə, yaxşı olardı. Təəssüf ki, bu belə alınmır. Əgər kimsə bundan öz qüvvələrinin yenidən qruplaşdırılması kimi istifadə edərsə, bunun təsiri ola bilər”, - deyə deputat izah edib.

Çepa əlavə edib ki, dini bayram zamanı döyüşlərin dayandırılması pravoslavlar üçün vacibdir.

QAZİLER.AZ

Diaspora