“Motorola” dünyada ekranı sınmayan ilk smartfonu təqdim edəcək

“Motorola” dünyada ekranı sınmayan ilk smartfonu təqdim edəcək backend

Oktyabrın 27-də “Motorola” şirkəti “Verizon” mobil operatoru ilə birgə mətbuat konfransı keçirəcək.

İKT.lent.az-ın verdiyi məlumata görə, tədbirdə yeni “Motorola Droid” çeşidlərinə aid yeni smartfonlar təqdim ediləcək.

Gözlənilir ki, istifadəçilərə “Moto X Play” smartfonunun Amerika versiyası təqdim olunacaq və bu smartfon həmin regionda “Droid Maxx 2” adlanacaq.

Təqdim edilən ikinci smartfon “Moto X Force”nin eynisi olan “Droid Turbo 2” smaronu olacaq. Maraqlısı budur ki, “Motorola” şirkəti “Droid Turbo 2” smartfonunu dünyada ekranı sınmayan ilk smartfon kimi reklam edir.

Bundan başqa, anonsdan sonra yeni proqramın icrasına başlanılır. Bu proqrama görə, müştərilər öz smartfonlarını (hətta ekranı sınıbsa) təhvil verib, “Droid Turbo 2” üçün 300 dollara qədər endirim əldə edəcək.
Diaspora