Səudiyyə neft ehtiyatlarının maksimuma çatdığını açıqladı

Səudiyyə neft ehtiyatlarının maksimuma çatdığını açıqladı backend

Səudiyyə Ərəbistanının kommersiya məqsədli neft ehtiyatları 2015-ci ildə 326,6 milyon barelə çatıb. APA TV-nin "Bloomberg"ə istinadən məlumatına görə, 2002-ci ildən indiyə qədər olan müddətdə maksimum göstəricidir.



Bu ilin iyulunda hazırda qeydə alınan göstərici 320,2 milyon barel təşkil edib. Həmin vaxt krallıq neftin ixracını 7,27, avqustda isə 7 milyon barelə qədər azaldıb.

"Səudiyyə neftinin ixracının aşağı salınması hazırda bazardakı reallıqla bağlıdır. Ər-Riyadın ixracı azaltması kifayət qədər məntiqli addımdır. Bu addım bazarda rəqabəti artırır. OPEK üzvü olan və olmayan ölkələr bunun nəticəsində öz məhsullarını Səudiyyə Ərəbistanından daha ucuz qiymətə satmağa məcbur olurlar" deyə, Londonda yaşayan müstəqil ekspert Məhəmməd Rəmadi bildirib.

O, qeyd edib ki, Səudiyyənin satış üçün nəzərdə tutduğu neft ehtiyatlarının artması krallığın bazarda öz payını sabit saxlamaq üçün başlıca strategiyasına müsbət təsir edir.

"Onlar gündəlik hasilatı 10,2 milyon bareldən aşağı salmayacaqlar, əlavə məhsul isə kommersiya ehtiyatı üçün toplanır", deyə ekspert əlavə edib.

Bu trend artıq bir neçə aydır saxlanılır və bunun Ər-Riyadın bazar maraqlarının istədiyi səviyyəyə çatana qədər davam edəcəyi gözlənilir.


Diaspora