Qazaxıstanda insanları Ukrayna müharibəsinə cəlb edən şəxs saxlanılıb

Qazaxıstanda insanları Ukrayna müharibəsinə cəlb edən şəxs saxlanılıb backend

Qazaxıstanda insanları Ukraynada müharibəyə cəlb edən Rusiya vətəndaşı saxlanılıb.

QAZILER.AZ  APA-ya istinaden verdiyi  xebere görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Almatı aeroportunda olduğu müəyyən edilən 32 yaşlı bu şəxs Tacikistanın sorğusu əsasında Moskva-Almatı təyyarəsindən enərkən tutulub.

Onun 2023-cü ilin sentyabr ayından başlayaraq Tacikistan ərazisində yerli vətəndaşları, eləcə də vətəndaşlığı olmayan şəxsləri Ukrayna və digər ölkələrin ərazisində davam edən silahlı münaqişələrə cəlb etdiyi aşkarlanıb.

O da qeyd olunub ki, müvafiq prosedurlardan sonra bu şəxs Tacikistana ekstradisiya olunacaq.

 

 

Diaspora