Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel bu ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb.
APA TV-nin verdiyi xəbərə görə, görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti qeyd edib ki, əsas müzakirə mövzusu terrora qarşı mübarizə olub.
"Önəmli müzakirələrdən biri də qaçqınların Türkiyədəki durumu və Qərbə axını ilə bağlı oldu” - deyə Ərdoğan qeyd edib.
Ərdoğan bildirib ki, terror təşkilatlarına qarşı birgə hərəkət etməyin lazımlılığı barədə də danışıblar.
Merkel də öz növbəsində Türkiyənin bu günə qədər 2 milyondan artıq qaçqın qəbul etdiyini xatırladıb. O deyib ki, qaçqın axınının artacağını, bu axının Türkiyə üzərindən Avropa Birliyinə də yönələcəyini görmək mümkündür. “Bu məsələdə Türkiyənin yükünü bölüşməyə hazırıq" - deyə xanım Merkel vurğulayıb.
Angela Merkel baş nazir Əhməd Davudoğlu ilə də 1 saat 15 dəqiqə sürən təkbətək görüş keçirib.