Norveçin baş naziri Yonas Qr Store ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu, lakin belə bir qərar üçün daha konkret müddət verməkdən imtina etdiyini bildirib.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, o, bu barədə aprelin 12-də Osloda İspaniyanın baş naziri Pedro Sançeslə görüşündə bildirib.
Norveçin baş naziri bildirib ki, Oslo AB-də Fələstin dövlətinin tanınması üçün əsas lobbiçi olan İspaniya ilə “hərəkətlərini koordinasiya edir.
“Biz eyni istiqamətdə düşünürük. Biz Fələstin dövlətini və onun BMT-dəki layiqli yerini tanımağa hazırıq”, - Store mətbuat konfransında bildirib.
Norveç hökumətinin başçısı əlavə edib ki, Fələstin dövlətinin tam olaraq nə vaxt tanınacağı ilə bağlı konkret vaxt öhdəlikləri götürmək istəmir.