İsrail Ordusunun sözçüsü Daniel Haqari İranın İsrailə mümkün hücumuna "yaxşı hazır olduqlarını" və istənilən vəziyyətə cavab verəcəklərini iddia edib.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, Haqari keçirdiyi mətbuat konfransında gündəmlə bağlı qiymətləndirmələr edib. O qeyd edib ki, Hizbullahın axşam saatlarında həyata keçirdiyi hücumda İsrail hərbi bazasını hədəf alan raketlərin çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib:
“İsrail ordusu bütün mümkün hücuma hazırdır. Hücum etməyə də, müdafiə etməyə də hazırıq. İsrail Baş Qərargah rəisi Herzi Halevi ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla arasında bu gün keçirilən görüşdə iki ölkə arasında sıx koordinasiyanın təmin edilməsi üçün səylər göstərilir. İran təhlükəsi ilə necə mübarizə aparacağımızı bilirik. Biz yaxşı hazırıq və istənilən vəziyyətə necə cavab verəcəyimizi bilirik”.