Qahirə və Vaşinqton İsrail qüvvələrinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri ərazisində mümkün hərbi əməliyyatını qəbuledilməz hesab edir.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Sameh Şükri və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı bildirilib.
“Söhbət zamanı Misir XİN rəhbəri və ABŞ dövlət katibi İsrailin Rəfah bölgəsində hər hansı mümkün quru hərbi əməliyyatının, xüsusilə bu cür addımların ciddi humanitar nəticələrini və sabitliyə təhlükəli təsirini nəzərə alaraq, yolverilməzliyini təsdiqləyiblər”, - deyə Misir XİN nümayəndəsi Əhməd Əbu Zeyd bildirib.