Türkiyənin Tunceli şəhərində zirehli avtomobilin keçdiyi yola terrorçuların yerləşdirdiyi bombanın partlaması nəticəsində 2 əsgər şəhid olub, 2-si yaralanıb.
APA TV-nin məlumatına görə, PKK-ya qarşı əməliyyatların davam etdiyi Tunceli-Pülümür avtomagistral yolunun 35-ci kilometrində terror təşkilatı tərəfindən yola yerləşdirilən bomba zirehli avtomobilin keçdiyi zaman partladılıb.
Xain hücum nəticəsində avtomobildə olan 4 əsgər yaralanıb. Onlar Tunceli Dövlət Xəstəxanasına yerləşdirilib. Əldə edilən məlumata görə, yaralanan 2 əsgər xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, xain hücumun törədildiyi bölgədə əməliyyatlar davam edir.