Rusiya-Ukrayna müharibəsi ABŞ Konqresinin Kiyevə yeni dəstəyin verilməsinə səs verdikdən sonra sona çatacaq.
Bunu ABŞ Prezidenti Cozef Bayden bu şərtləri Yaponiyanın baş naziri Fumio Kisida ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.
O, əksər demokratlar və respublikaçılar arasında Ukraynaya böyük dəstək olduğunu qeyd edib. “Ukraynadakı müharibə Nümayəndələr Palatasının lideri səsverməyə icazə verdikdə bitəcək. Səsvermə indi keçirilməlidir”, - ABŞ lideri bildirib.
Baydenlə Kisida birgə bəyanatlarında ABŞ və Yaponiyanın Rusiyaya qarşı sərt sanksiyaları davam etdirmək və Ukraynaya davamlı dəstək vermək niyyətində olduqlarını bildiriblər.
Bundan əvvəl ABŞ-nin “JPMorgan Chase” bankının baş direktoru Ceymi Dimon bildirib ki, Konqresin Nümayəndələr Palatasının konqresmenləri partiyalararası fikir ayrılıqlarını aradan qaldırmalı və Ukraynaya yardımla bağlı razılığa gəlməlidirlər.
Report.az