Qəzzada atəşkəs HƏMAS-dan asılıdır - Bayden

Qəzzada atəşkəs HƏMAS-dan asılıdır - Bayden backend

Qəzza zolağında atəşkəslə bağlı razılığın əldə olunması HƏMAS-dan asılıdır.

Bunu ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"İndi hər şey HƏMAS-ın əlindədir. Onlara irəli sürülən təkliflə irəliləməlidirlər”, - Bayden bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və dinc sakinlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.

Diaspora