Birləşmiş Ərəb Əmirlikləri ilk yardım karvanının Qəzza zolağının şimalına gəldiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığından verilən açıqlamada: "BƏƏ-nin 17 yük maşınından ibarət yardım karvanı ilk dəfə quru yolla Qəzzanın şimalına çatdı", - deyilib.
Açıqlamada bildirilib ki, 370 tondan çox humanitar yardım daşıyan karvanda qaçqınlar üçün ərzaq, tibbi ləvazimat və geyim, eləcə də zəruri alət və avadanlıqlar olub.
Açıqlamada həmçinin qeyd olunub ki, humanitar yardım ilk dəfə bir ölkə vasitəsilə Qəzzanın şimalına quru yolla daxil olub.
QAZİLER.AZ