İtaliyada su elektrik stansiyasında partlayış: 4 nəfər ölüb

İtaliyada su elektrik stansiyasında partlayış: 4 nəfər ölüb backend

İtaliyanın şimalındakı Suviana gölündə su elektrik stansiyasında baş verən partlayış nəticəsində 4 nəfər həyatını itirib.

Qaziler.az bildirir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Emilia Romagna və Toskana bölgələri arasında sərhədi təşkil edən Apenin dağlarındakı Suviana gölündə yerləşən Enel enerji şirkətinin su elektrik stansiyasında partlayış baş verib.

Hadisə günortadan sonra yerli vaxtla saat 15:00 radələrində baş verib.

Boloniya Qubernatorluğundan verilən məlumatda elektrik stansiyasında işləyən 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, itkin sayının isə 3 olduğu bildirilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

QAZİLER,AZ
 

Diaspora