Paşinyan Almaniya kansleri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Paşinyan Almaniya kansleri ilə Azərbaycanla sülh prosesini müzakirə edib backend

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat verib.

Söhbətin əsas mövzularından biri Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi olub.

Bu kontekstdə Ermənistanın baş naziri bəyan edib ki, İrəvan Praqa, Brüssel və Qranada görüşlərində irəli sürülən prinsipləri əsas götürərək qərarlar qəbul etməyə hazırdır.

Tərəflər həmçinin Ermənistan və Aİ, eləcə də İrəvan və Berlin arasında münasibətlərlə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan Almaniya kanslerinə əlaqələrin möhkəmləndirilməsində göstərdiyi köməyə görə təşəkkür edib. (oxu.az)

Diaspora