Türkiyənin Diyarbəkir şəhərindəki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) binası bombalı hücuma mərz qalıb.
APA TV-nin məlumatına görə, bir qrup maskalı terrorçu partiyanın Diyarbəkir şöbəsinin binasına iki əl qumbarası atıb.Bombaların partlaması ilə binanın mühafizəsini təşkil edən polislər dərhal havaya atəş açaraq, ərazidə olanların kənara çəkilməsini tələb ediblər. Ölən və yaralananların olmadığı hücumdan sonra terrorçuların tutulması üçün ərazidə əməliyyat keçirilib.
Hadisədən sonra AKP-nin Diyarbəkir şöbəsinin sədri Məhəmməd Dara Akar hadisə yerinə gələrək, polisdən olay barədə məlumat alıb.