Moldova öz ərazisi ilə Ukraynaya yüklərin daşınmasında yardım göstərməyə davam edəcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy bildirib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə brifinq zamanı diplomat bildirib ki, Moldova qonşu ölkənin iqtisadi funksionallığını dəstəkləmək üçün Ukraynaya ixrac və idxal üçün “həmrəylik yolları” təqdim etməyə davam edəcək.
Onun sözlərinə görə, Moldova Ukraynanın yenidən qurulmasında iştirak edən xarici şirkətlərin qonşu ölkəyə çıxışını və əlavə investisiyalarını asanlaşdırmaq üçün onları qəbul etməyə hazırdır.
QAZİLER.AZ