ABŞ İrandan ələ keçirdiyi silahları Ukraynaya çatdırıb

ABŞ İrandan ələ keçirdiyi silahları Ukraynaya çatdırıb backend

ABŞ İrandan Yəmənə husilərə yük daşıyan gəmilərin yoxlanılması zamanı ələ keçirilən beş mindən çox silahı Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Bu yükə AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri və RPQ-7 əl tipli tank əleyhinə qumbaraatanlar daxildir. Ukrayna bu silahları və 7,62 mm çaplı 500 mindən çox patronu aprelin 4-də alıb.

Məlumata görə, bu atıcı silahlar bir Ukrayna briqadasını təchiz etmək üçün kifayətdir. Komandanlığın bəyanatında deyilir ki, əməliyyat zamanı, 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər bu kiçik silahlarla Yəmənə gedən cəmi 4 yük gəmisi saxlanılıb.

QAZİLER.AZ

Diaspora