Ukrayna Kənd Təsərrüfatı Biznes Klubunun prezidenti Aleks Lissitsa bildirib ki, polşalı fermerlər taxıl bazarında Ukraynanın kənd təsərrüfatı istehsalçıları ilə rəqabət apara bilmirlər, ona görə də Ukraynadan məhsulların ixracına mane olmaq əvəzinə, ixtisaslarını dəyişməli, gül və ya marixuana yetişdirməyə başlamalıdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə TASS yazır.
Lissitsa görə, proteksionizm Aİ iqtisadiyyatının kənd təsərrüfatı sektorunu xilas etməyəcək.
“Polşa fermerləri Ukrayna, Braziliya və ya Rusiya kimi ölkələrlə rəqabət aparmalı olduqları qlobal taxıl bazarında real oyunçu olmaq üçün çox kiçikdirlər. Yaxşı olar ki, onlar çiçək, meyvə və ya tərəvəz, hətta marixuana istehsalında ixtisaslaşsınlar”, Lissitsa “Politico”ya bildirib.
Qeyd edilib ki, fevralın 9-da polşalı fermerlər Ukrayna kənd təsərrüfatı məhsullarının ucuz idxalına qarşı genişmiqyaslı etiraz aksiyalarına başlayıblar. Nəticədə ölkələr arasında sərhəddə keçid məntəqələri bağlanıb. İdxalla bağlı problemlər Ukraynada malların bahalaşmasına səbəb olub. Qiymət artımı 15-20% təşkil edib.
QAZİLER.AZ