Rusiya qoşunları amerikalı iş adamı İlon Maskın “SpaceX” şirkətinin “Starlink” internet peyk terminallarından istifadə edir.
Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Nəşr iddia edir ki, son aylarda istifadəçi terminallarını alıb Rusiya Silahlı Qüvvələrinə göndərən vasitəçilərin sayı artıb. Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi sözügedən məlumatı şərh etməyib.
“Özünü Oleq kimi təqdim edən Moskva satıcısı deyib ki, onun sifarişlərinin əksəriyyəti “yeni ərazilərdən” gəlib və ya hərbi istifadə üçün nəzərdə tutulub”, - qəzet yazıb.
QAZİLER.AZ