Litvada Rusiya səfirliyini yandırmaq istəyən şəxs saxlanılıb

Litvada Rusiya səfirliyini yandırmaq istəyən şəxs saxlanılıb backend

Litva polisi Rusiya səfirliyinə molotov kokteyli atmaqda şübhəli bilinən şəxsi saxlayıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki,1974-cü il təvəllüdlü kişi Litva vətəndaşıdır və əvvəllər polisə tərəfindən saxlanılıb.

“Dünən əməkdaşlar tərəfindən intensiv prosessual hərəkətlər aparılarkən və daxil olan məlumatlar təhlil edilərkən cinayət əməllərini törətdiyi iddia edilən şəxs (1974-cü il təvəllüdlü) müəyyən edilərək saxlanılıb”, -  Litva polisinin saytında yazılıb.

Bundan əvvəl Rusiyanın Vilnüsdəki səfirliyinə iki gecə dalbadal molotov kokteyli atıldığı məlum olub. Hadisələr aprelin 7-də saat 02:15-də və aprelin 8-də saat 02:45-də baş verib.

QAZİLER.AZ

Diaspora