İsrail İran və Livanla müharibə istəmədiyini bəyan etdi

İsrail İran və Livanla müharibə istəmədiyini  bəyan etdi backend

İtaliyaya səfərini yekunlaşdıran İsrailin xarici işlər naziri İsrael Katz ölkəsinin nə İran, nə də Livanla müharibə istəmədiyini, lakin birbaşa hücumlar olacağı təqdirdə hərbi əməliyyatlara əl atmağa məcbur olacağını bildirib.

Qaziler.az bu barədə “La Repubblica”ya istinadla xəbər verir.

"Biz İranla müharibə istəmirik, lakin birbaşa hücuma məruz qalsaq, cavab verəcəyik" deyən israilli nazir aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna görə Təl-Əvivin məsuliyyəti öz üzərinə götürmədiyini xatırladıb.

Katz hesab edir ki, Qərb İranın yaratdığı təhlükədən kifayət qədər xəbərdar deyil.

“İndiyə qədər İsrailin Livandan, Qolan və Eylatdan Hizbullah və Husilərin raket atışlarına cavabı möhkəm olub. Ancaq məsələn, Dəməşqin qisası zamanı raketlər Livandan Təl-Əvivə uçarsa, İsrail öz təyyarələrini və hətta əsgərlərini göndərəcək”, - deyə nazir qeyd edib.

QAZİLER.AZ

Diaspora