Ukraynada “Cənub” və “Qərb” əməliyyat komandanlıqlarının komandirləri Andrey Kovalçuk və Sergey Litvinov vəzifələrindən uzaqlaşdırılıb.
Qaziler.az xəbər verir ki, bu haqda Ali Radanın deputatı Aleksey Qonçarenko teleqram kanalında bildirib. O əlavə edib ki, bunlar son dəyişikliklər deyil.
“Cənub” operativ komandanlığının komandiri Andrey Kovalçuk və “Qərb” operativ komandanlığının komandiri Sergey Litvinov işdən çıxarılıb”, - deputat yazıb.
O, daha sonra əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin 59-cu briqadasının keçmiş briqada komandiri, polkovnik Gennadi Şapovalov “Cənub” operativ komandanlığının komandiri, briqada generalı Vladimir Şvedyuk isə “Qərb”ə komandir təyin edilib. Sonuncu əvvəllər müdafiə qüvvələrində xidmət edib.
QAZİLER.AZ