Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin vaxtını dəqiqləşdirmək hələ tezdir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Bununla belə, o qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Çinə səfərini ən yüksək səviyyədə təmaslara hazırlıq kimi qiymətləndirmək olar.
“Təbii ki, bu səfər ən yüksək səviyyədə qarşıdakı təmaslara hazırlıq sayıla bilər. Doğrudan da, belə təmaslar planlaşdırılır”, - Peskov bildirib.
O qeyd edib ki, Rusiya və Çin ən yüksək səviyyədə təmasların məqsədəuyğunluğunu və zəruriliyini başa düşürlər. Rusiya liderinin mətbuat katibi bunu Moskva ilə Pekin arasında dostluq münasibətlərinin yüksək səviyyədə olması ilə izah edib.
QAZİLER.AZ