AP Rusiyadan neft tədarükünü məhdudlaşdırmağın yolunu tapıb

AP Rusiyadan neft tədarükünü məhdudlaşdırmağın yolunu tapıb backend

Avropa Parlamentinin İsveçdən olan üzvü Helen Fritson Rusiyadan tədarükün qarşısını almaq üçün neft və qazın mənşəyinin qeyd olunmasını təklif edib.

Qaziler.az bu barədə “Lenta.ru”ya istinadla xəbər verir.

Avropa Komissiyasına müraciətində o qeyd edib ki, anti-Rusiya sanksiyalarından hələ də yan keçmək olar. Fritson vurğulayıb ki, sanksiyalardan yayınmaq dayanmalıdır.

"Aİ-nin Rusiyaya qarşı sanksiyaları hələ də yayındırılır. Sərt sanksiyalara və idxal qadağalarına baxmayaraq, Rusiya nefti və qazı Avropaya çatır. Müvafiq neft və qazın mənşəyinin izlənilə bilməsi üçün Aİ-yə idxal edilən bütün növ qalıq yanacaq növlərinin mənşəyi ilə etiketlənməsini təmin etmək lazımdır”, - deyə Avropa Parlamentinin deputatı izah edib.

QAZİLER.AZ

Diaspora