Oktyabrın 19-na keçən gecə İndoneziyanın şimal hissəsində 5,0 bal gücündə zəlzələ baş verib. Milli Meteorologiya, Klimatologiya və Geofizika İdarəsinin məlumatına görə, zəlzələ sunami təhlükəsi yaratmayıb.
Yeraltı təkanların Siou arxipelaqından 128 kilometr cənub-şərqdə, Sakit okeanda İndoneziya ilə Filippinin sərhədində, ocağının isə Sulavesi dənizinin səthindən 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.