“İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkmir, onun başlama tarixi artıq müəyyənləşib”.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Bu gün mən Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz daim öz məqsədlərimizə nail olmaq üçün çalışırıq - ilk növbədə bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmaq. Bu qələbə üçün Rəfaha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək, bir tarix mövcuddur”, - deyə o qeyd edib.
Bununla belə, Netanyahu konkret tarix açıqlamayıb.