Vaşinqton Tehrana xəbərdarlıq edib

Vaşinqton Tehrana xəbərdarlıq edib backend

ABŞ İsrailin Dəməşqə hücumundan sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

“Biz İran hökumətinə açıq şəkildə bildirdik ki, onlar bu hadisədən ABŞ qoşunlarına və ya bizim bölgədəki aktivlərə hücum etmək üçün bəhanə kimi istifadə etməsinlər. Və biz onlara izah etməyə davam edəcəyik ki, vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalıdırlar. Oktyabrın 7-dən etibarən eskalasiya riskindən narahatıq. Və eskalasiya riskini azaltmağa çalışmaq üçün daim diplomatiya ilə məşğul olduğumuzu görmüsünüz”, - deyə o qeyd edib.

Report.az

Diaspora