Kanadanın baş naziri Castin Trüdo nüvə sualtı qayıqlarının, o cümlədən Arktikada sahil zolağının qorunması üçün əldə edilməsinin mümkünlüyünü etiraf edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, hazırda ölkədə bu məsələyə baxılır. O əlavə edib ki, Kanada AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) üzvləri ilə ölkələrin necə "daha yaxın işləyə biləcəyi" mövzusunda "əla söhbətlər" aparıb.
AUKUS 2021-ci ildə Hind-Sakit Okean regionunda, ilk növbədə Cənubi Çin dənizində təhlükəsizliyi təmin etmək üçün yaradılmış ABŞ, Avstraliya və Böyük Britaniya arasında üçtərəfli tərəfdaşlıqdır. Bu hərbi paktın iki komponenti var. Birincisi, üç ölkə tərəfindən nüvə sualtı donanmasının birgə istehsalı və bu mövzuda texnologiya mübadiləsidir. İkincisi, qabaqcıl hərbi texnologiyaların inkişafı üçün sövdələşmələrin mümkünlüyü daxildir.
QAZİLER.AZ