Malidə anomal istilərdən 100-dən çox adam ölüb

Malidə anomal istilərdən 100-dən çox adam ölüb backend

Malidə son həftələr davam edən anomal isti hava səbəbindən 100-dən çox insan həyatını itirib.

Bu barədə “BBC” məlumat yayıb.

Belə ki, təkcə paytaxt Bamakodakı Qabriel Ture xəstəxanası istidən ölən 102 nəfərin meyitini qəbul edib.

Keçən həftə ölkənin cənub-qərbindəki Kayes şəhərində havanın temperaturu 48,5 dərəcə isti olub ki, bu da müşahidələr zamanı bütün Afrika üzrə aprel ayı üçün tarixi maksimum olub.

Üç gündə 250-dən çox insanın anomal istidən öldüyü barədə təsdiqlənməmiş məlumatlar da mövcuddur.

Mütəxəssislər Malidə görünməmiş istiləri El Nino hava fenomeni ilə əlaqələndirirlər. Afrikalı meteoroloqlar xəbərdarlıq edirlər ki, El Nino bu ilin iyul ayına qədər dünyanın müxtəlif yerlərində hava şəraitinə aktiv təsir göstərəcək, bundan sonra onun təsiri azalmağa başlayacaq.

Diaspora